UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub

UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.
Futbol
8 May , 2024 00:53
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub

UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində Fransanın PSJ kollektivi evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib.

Qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels fransızların qapısından keçirib. Bu komandalar arasında keçirilən ilk matçda da dortmundlular qələbə (1:0) qazanmışdılar.

Qeyd edək ki, "Borussiya"nın finaldakı rəqibi mayın 8-də keçiriləcək "Real" (Madrid) - "Bavariya" görüşündə bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi