Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək Matçın baş hakimi polşalı Şimon Marçinyak olacaq
Futbol
8 May , 2024 09:02
Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

"Report" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçın baş hakimi polşalı Şimon Marçinyak olacaq.

Münhendəki ilk matçda heç-heçə qeydə alınıb - 2:2. Qalib finalda Almaniyanın "Borussiya" (Dortmund) komandasına rəqib olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi