“Çelsi”nin braziliyalı müdafiəçisinin “Fluminense”yə transferi rəsmən açıqlanıb

“Çelsi”nin braziliyalı müdafiəçisinin “Fluminense”yə transferi rəsmən açıqlanıb İngiltərənin “Çelsi” klubunun braziliyalı müdafiəçisi Tiaqu Silva rəsmən “Fluminense”yə transfer olunub.
Futbol
7 May , 2024 18:34
“Çelsi”nin braziliyalı müdafiəçisinin “Fluminense”yə transferi rəsmən açıqlanıb

İngiltərənin “Çelsi” klubunun braziliyalı müdafiəçisi Tyaqu Silva rəsmən “Fluminense”yə transfer olunub.

“Report” Braziliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulda London klubundan ayrılacaq olan 39 yaşlı oyunçu yeni komandası ilə 2 illik müqavilə bağlayıb.

O, 2006-2009-cu illərdə çıxış etdiyi sabiq komandasına azad agent kimi keçib.

Qeyd edək ki, 2020/2021 mövsümündən “Çelsi”də çıxış edən Tyaqu Silva 149 oyunda meydana çıxıb və 9 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi