Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək

Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək Azərbaycanın parataekvondo millisi Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Fərdi
7 May , 2024 20:36
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək

Azərbaycanın parataekvondo millisi Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında iştirak edəcək.

"Report"un məlumatına görə, yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaq.

Parataekvondoçularımız K-44 kateqoriyasında qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnir mayın 9-dan 12-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi