ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb ​​​​​​​Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 202,715 milyon ABŞ dolları həcmində gəlir əldə edib
Energetika
7 May , 2024 10:35
ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 02,715 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2023-cü ilin yanvar-aprel ayı ilə müqayisədə 733,039 milyon ABŞ dolları və ya 4,6 dəfə azdır.

Bu ilin ilk 4 ayında Neft Fonduna daxil olan vəsaitlərin 60,784 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 136,979 milyon ABŞ dolları və ya 3,25 dəfə azdır.

Qeyd edək ki, “Şahdəniz” yatağının işlənməsindən əldə edilən gəlirlərin azalmasına səbəb mart ayında daxilolmanın olmamasıdır. Digər səbəb isə son zamanlar dünya bazarında təbii qazın qiymətinin ötən illə müqayisədə ucuzlaşmasıdır.

Xatırladaq ki, ötən ilin yanvar-aprel aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə işlənmədən əldə etdiyi gəlirin həcmi 935,754 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 197,763 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

Son xəbərlər

Orphus sistemi