Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib Naxçıvan Muxtar Respublikasında (MR) vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.
Daxili siyasət
7 May , 2024 17:16
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Naxçıvan Muxtar Respublikasında (MR) vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvan MR-a rəsmi səfəri çərçivəsində Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı mayın 7-də Naxçıvan şəhər Vəkil Bürosunda pulsuz hüquqi yardım aksiyası keçirilib.

Nümayəndə heyəti aksiyadan əvvəl Naxçıvan MR Vəkillər Kollegiyasının inzibati binasında son illər yaradılmış şəraitlə tanış olub, sonra isə Azərbaycan Vəkillər Kollegiyası rəhbərliyinin iştirakı ilə yerli Vəkillər Kollegiyası tərəfindən vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib olunub və digər hüquqi yardımlar göstərilib.

Son xəbərlər

Orphus sistemi