Ermənistanda Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciət MTX-ya göndərilib

Ermənistanda Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciət MTX-ya göndərilib Ermənistan Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidmətinə (MTX) bəyanat göndərərək baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Region
3 May , 2024 15:31
Ermənistanda Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciət MTX-ya göndərilib

Ermənistan baş prokurorluğu baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müraciəti Milli Təhlükəsizlik Xidmətinə (MTX) göndərib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş prokuror Anna Vardapetyan parlamentdə bildirib.

“Bir sıra mülkiyyət sənədlərinin yoxlanılması və s. müraciətlər MTX-ya göndərilib. Yoxlamadan sonra cinayət işinin açılması məsələsi müzakirə olunacaq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi