Ceyranbatanda su kanalına düşmüş yeniyetmənin kimliyi məlum olub - YENİLƏNİB

Ceyranbatanda su kanalına düşmüş yeniyetmənin kimliyi məlum olub - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Hadisə
20 Aprel , 2024 23:47
Ceyranbatanda su kanalına düşmüş yeniyetmənin kimliyi məlum olub - YENİLƏNİB

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 2011-ci il təvəllüdlü İbrahim Əliyev ehtiyatsızlıqdan kanala yıxılıb.

    Onun axtarışları davam etdirilir.

    17:27

    Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb.

    Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri alınan məlumatla əlaqədar dərhal əraziyə cəlb edilib.

    Son xəbərlər

    Orphus sistemi