Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb

Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
Komanda
3 May , 2024 12:46
Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb

Kişi həndbolçular arasında 30-cu Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb.

“Report”un Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, oyunlar mayın 4-də baş tutacaq.

Çempionluq yolunda inamla addımlayan “Kür” saat 14:00-da “Azəryol”la üz-üzə gələcək. Yarışı mükafatla başa vurmaq istəyən “Qarabağ” isə saat 16:00-da çempionluq iddiasını davam etdirən “Bakı” ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, hər iki qarşılaşma "AHF Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi