Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb

Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri millisi Avropa Kubokunda bürünc medal qazanıb.
Komanda
4 May , 2024 12:30
Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri millisi Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

“Report” xəbər verir ki, komanda Milli Gimnastika Arenasında təşkil olunan yarışda üçüncü olub.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzanın heyətində yer aldığı yığma çoxnövçülükdə 71,550 xal toplayıb.

Qeyd edək ki, qrup hərəkətləri millimiz həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətdə finala adlayıb.

Son xəbərlər

Orphus sistemi