Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
25 Aprel , 2024 22:56
Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Cəlilabad rayonunda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, onlar Cəlilabad rayon sakinləri Asif Bayramov və onun qızı Mərcan Bayramovadır.

M.Bayramovanın vəziyyəti ağır olduğu üçün o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:59

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı minik avtomobilinin yolun kənarındakı ağaclara çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi