Bərdədə üç otaqlı ev tamamilə yanıb

Bərdədə üç otaqlı ev tamamilə yanıb Bərdə rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
5 May , 2024 10:46
Bərdədə üç otaqlı ev tamamilə yanıb

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi