Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub

Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi olub.
Fərdi
4 May , 2024 18:32
Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub

Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə idman nümayəndələri, rəsmi şəxslər və idmançılar iştirak ediblər.

Mayın 5-dək davam edəcək turnirdə 14 ölkədən 323 cüdoçu iştirak edir. Oğlanlar arasında 209, qızlar arasında isə 114 idmançı mübarizə aparacaq. Avropa Kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf idmançılar iştirak edəcəklər.

Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer alıb.

Son xəbərlər

Orphus sistemi